AZ EN RU

A.V.İbrahimovun Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Anar Vaqif oğlu İbrahimov Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Anar Vaqif oğlu İbrahimova həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

    Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 29 fevral 2024-cü il

Nəşr edilib : 01.03.2024 15:32