AZ EN RU

Atletlərimizdən növbəti uğur

Bakı şəhərində 18 yaşadək idmançıların Qış Azərbaycan Birinciliyi keçirilib. Respublika Olimpiya Mərkəzində reallaşan yarışda idmançılar 60, 200, 400, 800,1500, 3000 metr məsafələrə qaçış, 4x200 metr estafet qaçışı, uzunluğa tullanma, hündürlüyə tullanma və nüvə itələmə növləri üzrə yarışıblar. 

Birincilikdə Naxçıvanı təmsil edən atletlər uğurlu nəticələrə nail olublar. Naxçıvan Atketika Federasiyasının idmançılarından Aysu Abbasova və Onur Bayramov mükafatçılar sırasına düşə bilib. 

Son illər ölkə birinciliklərində ardıcıl nailiyyətlərə imza ataraq diqqətləri üzərinə çəkən 14 yaşlı atletimiz Aysu Abbasova 1500 metr məsafəyə qaçışda 5 dəqiqə 52.53 saniyəlik göstərici ilə qalib olub. Sədərək rayonundan olan təmsilçimiz 800 metr məsafədə (2:52.55) ikinci olmaqla, yarışı bir qızıl və bir gümüş medalla tamamlayıb. Onur Babayev isə 60 metr məsafədə sprinterlərin mübarizəsinə qatılıb. İlk dəfə ölkə miqyaslı yarışda iştirak edən Onur finişə ikinci  çataraq gümüş medala layiq görülüb.

Əlavə edək ki, Bakı şəhərində məskunlaşan idmançımız Kamran Məmmədov Naxçıvanı təmsil edən atlet kimi 400 metr məsafədə ikinci olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.02.2023 18:10