AZ EN RU

Atletlərimizdən 7 medal – bir idmançı ölkə birincisi oldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyası tərəfindən  2009-2010-cu il təvəllüdlü idmançılar arasında ölkə yay birinciliyi keçirilir. 
Yarışda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən muxtar respublikadan 1 məşqçi və 8 idmançının yarışda iştirakı təmin edilib. Təmsilçilərimizdən Namiq Babayev 1500 metr məsafəyə qaçış yarışında 4 dəqiqə 34.63 saniyəlik göstərici ilə 1-ci olub. Bu, onun ölkə birincisi kimi ümumilikdə 5-ci qızıl medal sevinci olub. Ordubadlı idmançı 800 metr məsafədə də mükafatçılar sırasına düşüb – bu dəfə gümüş medalçı kimi. Ordubadın qızlardan ibarət komandası isə 4x400 metr məsafəyə estafet qaçışında ikinci yerə sahib çıxıb. Sədərəkli atletimiz Həlimə Hüseynli isə nüvəitələmə növündə üçüncü olub. 
Beləliklə muxtar respublika idmançıları ölkə yay birinciliyini 1 qızıl, 5 gümüş və 1 bürünc medalla tamamlayıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.06.2024 13:45