AZ EN RU

“Associated Press”: Növbədənkənar prezident seçkiləri bütün ərazisi üzərində tam nəzarətə malik Azərbaycanda yeni eranın başlanğıcıdır

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir.

Dünyanın aparıcı mətbu orqanları məqalə, reportaj yayımlayaraq və məntəqələrdən canlı yayımlar edərək oxucularını şəffaf və demokratik şəraitdə keçən səsvermə prosesi barədə məlumatlandırır. Materiallarda ölkədəki seçkiöncəsi siyasi-iqtisadi vəziyyət və növbədənkənar seçkiləri şərtləndirən amillər, səsvermə prosesinin gedişi, nəticələri, seçkinin ölkəmizin və regionun gələcəyinə təsir imkanlarına dair fikirlər yer alıb.

“Associated Press” agentliyi seçicilərin fəallıqla səs verdiyi seçki məntəqələrindən birində canlı yayım təqdim edib. Canlı yayımda seçki prosesinin maneəsiz və sərbəst şəkildə davam etdiyi qeyd olunub. Agentliyin digər məqaləsində bildirilib ki, ötən ilin sentyabrında Azərbaycanın Qarabağ regionunda ildırımsürətli proseslərdən sonra Azərbaycan Prezidentinin ölkədə nüfuzu ən yüksək səviyyədədir. Növbədənkənar seçkilər isə ölkənin bütün ərazisi üzərində artıq tam nəzarətə malik Azərbaycanda yeni eranın başlanğıcıdır.

Nəşr edilib : 07.02.2024 23:23