AZ EN RU

“ASNI” şirkətinin fəaliyyəti müasir standartlar səviyyəsində təmin ediləcək

Naxçıvanda balıqçılığın inkişafı, bu sahədə yeni sahibkarlıq subyektlərinin yaradılması, fəaliyyətlərinin düzgün qurulması istiqamətində dəstək tədbirləri həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə verilən məlumata əsasən ötən il Kəngərli rayonunda balıqçılıq fəaliyyəti ilə məşğul olan və fəaliyyətini dayandırmaq istəyən “ASNI” şirkətinin rəhbərliyi ilə görüş keçirilib, fəaliyyətin davam etdirilməsi və müasir standartlara uyğun qurulması istiqamətində müzakirələr aparılıb. Satışın təşkili üçün nazirlik tərəfindən dəstək göstəriləcəyi bildirilib, sahibkarın fəaliyyətinin davam etdirilməsinə nail olunub. 2023-cü ildə şirkət tərəfindən 30 000 damazlıq balıq gətirilməsi təmin olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 02.02.2024 10:25