AZ EN RU

Asel Zeynəb Kayanın “Mənim rəngli sənətim” adlı fərdi rəsm sərgisi açılıb

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində istedadlı şagird Asel Zeynəb Kayanın “Mənim rəngli sənətim” adlı fərdi rəsm sərgisi açılıb.

Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 3-cü sinif şagirdi Asel Zeynəb Kayanın sərgidə nümayiş olunan  20-ə yaxın rəsm əsəri və dulusçuluq nümunələri iştirakçılar təfərindən maraqla qarşılanıb.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya və açılış mərasimində digər çıxış edənlər istedadlı yeniyetməni təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Asip Kaya Naxçıvan Muxtar Respublikasında istedadlı yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib, onları üzə çıxarılmasında və fitri istedadlarının gələcək inkişafında belə layihələrin xüsusi rolundan danışıb.

İstedadlı şagird Asel Zeynəb Kayaya təşəkkürnamə və diplom təqdim edilib. Tədbir bədii hissə ilə davam edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 17.06.2023 14:25