AZ EN RU

ASCO “ShipSure” rəqəmsal platformanın tətbiqinə başlayır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus gəmilərin birində dünyanın aparıcı gəmi idarəetmə şirkətlərindən sayılan “V.Ships” şirkətin “ShipSure” rəqəmsal platforması pilot layihə olaraq tətbiq ediləcək.
Məlumat ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev “V.Ships”in Baş əməliyyat direktoru Allan Falkenbergin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə qeyd olunub. 
"6-9 aylıq layihənin əsas məqsədi planlı təmir, gəmi maliyyəsi, heyətin idarə edilməsi, satınalma üzrə sistem və proseslərinin, SƏTƏM, gəmi əməliyyatları, sənədlərin idarə edilməsi kimi modulların istifadəsini təkmilləşdirməkdir", - ASCO-dan bildirilib.

Nəşr edilib : 26.01.2024 12:53