AZ EN RU

"ASAN xidmət" mərkəzinin əməkdaşları üçün təlim keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən Naxçıvan regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarına “Vətəndaş məmnuniyyətində ASAN modeli” və “Emosiyaların idarə edilməsi” adlı təlimlər keçirilib. Təlimlər peşəkar kouç Könül Əliyeva tərəfindən aparılıb. 
Təlimlər 1 gün ərzində 4 saat davam edəcək.
ASAN İnnovativ İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılıb.
Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə  müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

 

Gülcamal TAHİROVA

Nəşr edilib : 14.10.2023 17:24