AZ EN RU

“Asan xidmət” mərkəzində Səhiyyə Nazirliyinin təşkilatçılığlı ilə Fərqində ol, müqavimətli olma ! adlı tədbir keçirilib

Avropa Xəstəliklərdən Qorunma və Nəzarət mərkəzi (ECDC), Avropa Birliyinə üzv və namizəd ölkələrlə birlikdə, 18 noyabrı “Avropa Antibiotik Fərqindəlilik Günü” elan etmişdir. Asan xidmət və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Asan xitmət” mərkəzində fərqində ol ,müqavimətli olma adlı maarifləndirmə tədbiri keçirilib .Tədbirdə antibiotik dirənci probleminə qarşı fərqindəliyi artırmaq və antibiotiklərin düzgün istifadəsi mövzusunda vətəndaşlara ətraflı məlumatlar verilib. Tədbir zamanı müsahibimiz Səhiyyə Nazirliyi çağrı mərkəzinin direktoru Aysel Eminova bu cür tədbirlər artıq silsilə hal alığını, antibiotiklərdən reseptsiz istifadə etməmək və həkim nəzarətində qəbul olunmasının vacibliyin qeyd edib.
Digər müsahibimiz Naxçıvan Muxtar Respublikası Yolxucu Xətləliklər Mərkəzinin həkim infeksionisti Sona Əlizadə antibiotiklərin xeyirli və zərərli cəhətləri barədə məlumat verib. O, müsahibə zamanı qey edib ki, antibiotiklər sadəcə bakterialara təsir edir. Lakin diqqət etməliyik ki, insan orqanizmində zərərli bakterialarla yanaşı xeyirli bakterialarda var. Həmin bakteriaların insan orqanizmində olması mütləqdir. Antibiotiklərdən yanlış istifadəsi bədənimizdəki bəzi xeyirli bakteriaları azaldır bu isə, disbakterioz xəstəliyinin yaranmasına səbəb ola bilər. 
Gün ərzində vətəndaşlara braşuralar paylanılıb və söhbətlər aparılıb.

Rafiq TƏHMƏZOV
Ayşən ADIGÖZƏLOVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbələri

Nəşr edilib : 18.11.2023 14:05