AZ EN RU

Arxeoloji ekspedisiya fəaliyyətə başlayıb

    2023-cü il mayın 16-da Sədərək Kültəpəsində Azərbaycan-Amerika Birləşmiş Ştatlarının arxeoloqlarından ibarət beynəlxalq arxeoloji ekspedisiya öz işinə başlamışdır. Arxeoloji ekspedisiyaya AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin professoru Lauren Ristvet rəhbərlik edir. Sədərək Kültəpəsinin tədqiqi zamanı aşkar olunan şəhər  strukturlarının öyrənilməsinə başlanmışdır. Tədqiqatlar zamanı Sədərək şəhərində daş döşəməli yeni küçənin qalığı aşkar olunub. İlkin araşdırmalar Sədərək Kültəpəsi ilə Cənubi Azərbaycanda, Həsənli yaşayış yeri arasında sıx bağlılığın olduğunu sübut edir. Ümid edirik ki, yeni tədqiqatların davamı tariximizin açılmamış səhifələrinin üzə çıxarılması ilə nəticələnəcəkdir.
 

Nəşr edilib : 22.05.2023 21:55