AZ EN RU

Arpaçayın sağ və sol sahil magistral kanalları yenidən qurulacaq

Naxçıvanda əkinlərin suvarma suyu ilə təminatı istiqamətində tədbirlərin icrası xüsusilə diqqətdə saxlanılır. Bu işlərin davamı kimi, Arpaçayın sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması planlaşdırılır.  

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, həmin magistral kanalların qurulmasının texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üçün ötən il noyabrın 4-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Dekabrın 14-də müsabiqə uğurla yekunlaşıb. Müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “HYDRO-GEO ENVİRONNEMENT GROUP” MMC ilə satınalma müqaviləsi imzalanması üzrə müvafiq işlər aparılır. Həmin magistral kanalların yenidən qurulmasının texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 350.000,0 manat vəsaitin 164.000,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 186.000,0 manat məbləğində qənaət əldə  olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 24.01.2024 15:51