AZ EN RU

Arpaçay Su Anbarı da tullantılardan təmizlənib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Arpaçay Su Anbarı da tullantılardan təmizlənib.
Yaz daşqınlarından sonra sel suları ilə Arpaçay Su Anbarına da tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının şəxsi heyəti tərəfindən qayıqlar vasitəsilə su anbarı təmizlənib.

Nəşr edilib : 25.04.2024 18:10