AZ EN RU

Araz üstü şəhərim, Naxçıvanım...

Necədə doğmadır, necədə əziz... Hər qarış, hər zərrə torpağı, bir damcı suyu, havası.. Əsrlərdir adını qoruyan, əzəmətli diyarım..

Qurban olum torpağına,daşına,

Axar çaylarına, buz bulağına,

Badamlı, Sirabı, o saf suyuna.

Naxçıvan əzəldən belə diyardır,

Adını qorumuş bir laləzardır.

Qəhrəmanlıq tarixi, igid oğulları, qələmiylə şah-əsər yaradan şairləri, nəğməkar bəstəkarları ilə iz qoyan Naxçıvan.. Havanla solqulanan, suyunla, neymətinlə qidalanan, torpağında doğulub məhz elə torpağında ilk addımını atan neçə-neçə igid oğullar yetişdirdin, şairlər, bəstəkarlar yetişdirdin ki, qəlblərində sənə olan sevgilərini şairlərin misralara, bəstəkarların notlara tökdü.. Doğma diyara neçə-neçə müdrik ifadələr işlənmiş, neçə-neçə əsərlər, bəstələr həsr olunmuş ki, sanki, şairlər, bəstəkarlar öz qəlblərində alışıb-yanan Naxçıvan sevgisini əks etdirmişlər. O sevginin heç də sönməyəcək bir atəş olduğunu, xatırlatmış, göstərmişlər! 

Əcəmi-sənəd çələngi,

Mirzə Cəlil söz nəhəngi,

Bəhruz-rənglərin ahəndi,

Hüseyn Cavid-söz çələngim,

Bəxş eyləyən vətəninə,

Heydər Babək tək öndəri

Naxçıvanım Naxçıvanım!

Bir əsrin sinfoniyası.. Enişli-yoxuşlu hadisələr, tarixi anlar, tarixə iz qoyan qəhrəman oğulların və onların qəhrəmanlıq salnamələri, sanki, bir sinfoniyanı, ahəngdar olaraq notların düzülüşünü xatırladır, və çətinliklərə baxmayaraq bir əsrdir öz varlığını laiqincə qoruyan Naxçıvan..igidlər, onlar ki, torpaq uğruna candan keçən oğullar! Simfoniyanın kulminasiya nöqtəsi xalqın oğlu Heydər Əliyevin doğma diyarına gəlişi, və öz adını tarixə yazdıracaq addımları, Naxçıvanın yüksəlişi.. Və bu gün, sanki sinfoniyanın bitişi, azad, qüdrətli Naxçıvan, xoşbəxt xalq, bir olan millət.. O millət ki, əslərdir, illərdir birlikdən əl çəkməyən, daim yumruq kimi olan cəsur millət! Baxaq Haçadağa necədə əzəmətli duruşu var, Nuhçıxanın simvolu olması bir təsadüf deyil, əsrlərə, tarixə şahid “Haçadağ”.. Sarsılmaz qala, sarsılmaz Naxçıvanın sinvolu “Əlincə”.. Hər qayasında, hər zərrəsində bir tarix yatan diyar..

Səndə tarixlərin çox nişanı var,

Hər daşın köksündə ox nişanı var.

Bəli, bu gün müasir Naxçıvanda belə tarix silinməmiş, yaşamaqdadır.

Bu gündə, tarix öz izlərini qoruyur.. Qədimdəndə qədim şəhərimiz, tarix qoxan torpaq, özündə neçə-neçə hadisələri əks etdirib baxdıqda xülyalarda canlandıran, bizlərədə o tarixiliyi yaşadan abidələr.. “Gəmiqaya”, “Oğlan qala, qız qala”, “Əlincə”, “Fərhad evi”, “Gülüstan”, “Qarabağlar türbəsi” “Möminə Xatun” və sair. Ulu öndər Heydər Əliyevində dediyi kimi “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə yaşadan bir diyardır”. 

Bu gün artıq Naxçıvan qalib dövlətin bir parçasıdır, azaddır, hürdür! Əsrlərdə keçsə, illərdə keçsə, yenədə xalqı yumruqtək birdir! Bu gün Nuhçıxan, öz sözünü demiş bir Muxtar Respublikadır. Bir əsrdir Muxtariyyətini qoruyan diyar, Naxçıvan.. Bu gün, əsrlərin, tarixin şahidi “Haçadağ” , “Əlincə”, bu torpaqlar, Nuhçıxan bir əsrin bitişinə, yeni-yeni əsrlərin gəlişinə şahidlik edir! 

Qovmusan başından dumanı, çəni,

Toylu, büsatlıdı qoynunda hər yan.

Qəlbimdən süzülən bu şən nəğməni,

Sənə bəxş edirəm, doğma Naxçıvan!

Araz üstü şəhərim, günəşli diyarım! Necə ki, günəş Arazın üzərindən doğur və parlayır, səndə yaranışınla bir günəş kimi doğdun və parlayırsan, nəinki bir əsr, sən daim yaşa, var ol, hür ol, parla ey Qüdrətli Naxçıvan! 

Nuray QURBANLI

Nəşr edilib : 09.02.2024 16:50