AZ EN RU

Araz-Naxçıvanın U-13 komandasının futbolçu və məşqçi heyətinin mükafatlandırılma mərasimi keçirilib

12-17 sentyabr tarixlərində Türkiyənin Ağrı vilayətində zəlzələ qurbanlarına mənəvi dəstək məqsədi ilə keçirilən “UYAFA AĞRI DAĞI CUP 2023” futbol turnirində Araz-Naxçıvanın U-13 komandası "Qrup ikincisi"  və "Centilmenlik" kuboku ilə təltif olunub.

Bu məqsədlə sentyabrın 18-də Uzunoba Təlim-Məşq kompleksində Araz-Naxçıvanın U-13 komandasının futbolçu və məşqçi heyətinin mükafatlandırılma mərasimi keçirilib.
Naxçıvan Futbol Federasiyasının prezidenti Qəzənfər Abdullayev komandanın heyətini təbrik edib. Komandanın hər bir üzvü diplom və pul mükafatı ilə təltif olunub.

Sonda xatirə fotosu çəkilib.

Nəşr edilib : 18.09.2023 17:52