AZ EN RU

“Araz-Naxçıvan”ın futbolçusu Premyer Liqada yubiley oyununu keçirib

“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov Premyer Liqada 100-cü oyununu keçirib.
 26 yaşlı müdafiəçinin yubiley matçı ölkə çempionatının XXIV turuna təsadüf edib.
Futbolçu “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018-2019-cu illər mövsümünə təsadüf edən arxa xətt oyunçusunun ilk komandası “Sumqayıt” olub.
T.Manafov “Gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 (3 qol) oyun keçirib.

Nəşr edilib : 26.02.2024 11:25