AZ EN RU

“Araz-Naxçıvan” “Neftçi” ilə oyunun hazırlığına itkilərlə başlayıb

Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçın hazırlığına itkilərlə başlayıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, üçgünlük istirahətin ardından Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşqləri bərpa edən komanda 5 futbolçusundan məhrumdur.

Turan Manafov zədədən əziyyət çəkir. 25 yaşlı müdafiəçi V turda “Kəpəz”lə (2:1) keçirilən səfər qarşılaşmasında yüngül xəsarət alıb. Ondan başqa, Numan Kurdiç və İsmail Azzaui icazəlidirlərsə, Abdulla Rzayevlə Mirəli Əhmədov Azərbaycanın U-21 yığmasının düşərgəsindədirlər.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Neftçi” qarşılaşması sentyabrın 16-da keçiriləcək.

Nəşr edilib : 07.09.2023 17:35