AZ EN RU

“Araz” Elm-İstehsalat Birliyinin təcrübə sahələrinə baxış olub

    Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova və nazirliyin digər məsul şəxsləri  “Araz” Elm-İstehsalat Birliyinin Şərur dayaq məntəqəsində olublar. Dayaq məntəqəsində Rusiya Federasiyasından gətirilərək təcrübə üçün əkilmiş 2,8 hektar taxıl sahəsinə (“Qomer” buğda sortu), ərik, alma, şaftalı və sair meyvə ağaclarından ibarət 2,8 hektar kolleksiya bağına və dekorativ ağaclara, o cümlədən 1 hektar qarğıdalı sahəsinə və 0,1 hektar qızılgül bağına baxış keçirilib.
    Xəyalə Dadaşova məntəqədə mövcud vəziyyətlə tanış olub, aborigen sortların əldə olunması istiqamətində işlərin davam etdirilməsi və muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşan məhsuldar yeni sortların da sınaq əkinlərinin keçirilməsi istiqamətində tapşırıqlar verib.

 Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2023 17:58