AZ EN RU

Ararat Mirzoyan Aİ XİN başçıları ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqı XİN başçıları ilə görüşüb və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, A.Mirzoyan Avropa İttifaqı XİN başçılarının Brüsseldə keçirilən toplantısına qatılıb. O, nazirlərlə Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının perspektivlərini müzakirə edib.

Nəşr edilib : 11.12.2023 18:20