AZ EN RU

Aqrar Subsidiya Şurasının növbəti iclası olub

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində Aqrar Subsidiya Şurasının növbəti iclası keçirilib. İclasda 2022-ci ildə payızlıq taxıl əkinləri həyata keçirən Şərur və Şahbuz rayonları üzrə 2397 sayda istehsalçıya 2023-cü ildə yeni doğulmuş buzovlara, o cümlədən 2022-ci ildə muxtar respublika ərazisində tütün əkini həyata keçirmiş, nəticədə, quru tütünü təhvil vermiş, lakin subsidiya ala bilməyən istehsalçılara subsidiyaların verilməsi məsələləri müzakirə olunub.
    Nəticə etibarilə, Şərur və Şahbuz rayonlarında payızlıq taxıl əkinlərinə görə subsidiyaların verilməsi haqqında qərar qəbul olunub. Digər məsələlər isə araşdırılması zəruriliyi səbəbindən növbəti iclasa saxlanılıb.
    Qeyd edək ki, şuranın əvvəlki iclasının qərarına əsasən Ordubad, Culfa, Babək, Kəngərli, Sədərək rayonlarında və Naxçıvan şəhərində payızlıq taxıl əkini həyata keçirən istehsalçılara subsidiyaların verilməsi təmin olunub.

Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2023 19:35