AZ EN RU

Aqrar sahədə qabaqcıl təcrübənin tətbiqi ilə bağlı görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində ölkəmizin aqrar sahədə ixtisaslaşan “4S” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Rayon və şəhər icra hakimiyyətləri əməkdaşlarının, o cümlədən fermerlərin də iştirak etdiyi görüşdə kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqi barədə təqdimatlar edilib, interaktiv müzakirələr aparılıb. Bu sahədə ölkəmizdə, o cümlədən dünyada tətbiq olunan qabaqcıl təcrübələr fermerlərin diqqətinə çatdırılıb. Müasir standartlara cavab verən suvarma sistemlərinin kənd təsərrüfatı məhsulları istehsalının artımında, həmçinin quraqlıqla  mübarizədə mühüm rol oynamasından geniş bəhs edilib.

Nəşr edilib : 11.03.2024 12:49