AZ EN RU

“Aqrar könüllük” qrupu yaradılır – QEYDİYYAT BAŞLADI!

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Kənd Təsərrüfatı nazirliklərinin birgə əməkdaşlığı ilə “Aqrar könüllülük” proqramına start verilir.

Proqram çərçivəsində könüllülər fəaliyyət göstərdikləri müddət ərzində aqrar sahəyə dair  təcrübələr qazanacaq, xüsusilə sorğuların keçirilməsi, fermerlərlə ünsiyyətin qurulması ilə bağlı vərdişlərə, kənd təsərrüfatı texnologiyalarına dair zəruri biliklərə yiyələnəcəklər. Onlar eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçiriləcək tədbirlərdə, o cümlədən təbliğat, təşviqat və maarifləndirmə işlərində yaxından iştirak edəcəklər.

Könüllülük proqramına qoşulmaq üçün keçid linkinə daxil olub qeydiyyat formasını doldurmalısınız.

https://shorturl.at/agprM

Nəşr edilib : 26.01.2024 17:32