AZ EN RU

Aprelin 2-də Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Aprelin 2-də Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, şagirdlər və ya onların valideynləri imtahana buraxılış vərəqəsini DİM-in internet saytından çap edə bilərlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyət vəsiqəsini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkil yapışdırılır və şəkil möhürlə təsdiqlənir);

- imtahana buraxılış vərəqəsini.

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

Nəşr edilib : 27.03.2023 16:39