AZ EN RU

Ankarada TDT Baş Prokurorları Şurasının ikinci iclası keçirilir

Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Baş Prokurorlar Şurasının ikinci iclası keçirilir.

Tədbirdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edir.

Toplantıda ədliyyə və hüquq sahəsində qarşılıqlı əməkdaşlıq, gələcək layihələr müzakirələr olunur.

Qeyd edək ki, TDT Baş Prokurorları Şurasının ilk iclası 2021-ci ildə Bakıda keçirilmişdi.

Nəşr edilib : 23.10.2023 14:32