AZ EN RU

Ankarada əkiz qüllələr binası Azərbaycan bayrağına bürünüb

Ankara şəhərinin məşhur TOBB əkiz qüllələri Azərbaycan və Türkiyə bayraqlarının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında yazın.

“An etibarilə Ankara. Azərbaycan yalnız deyil, Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Biz tək millət iki dövlətik”, - Türkiyə səfiri qeyd edib.

Nəşr edilib : 15.09.2022 09:32