AZ EN RU

Anım tədbiri keçirilib - FOTOLAR

Sədərək rayonunun Dəmirçi kəndində dünyaya göz açıb Qarabağımızın azad olunması uğrunda gedən haqq savaşımızda şəhadətə yüksələn Rüfət Gözəlov və Məmmədhəsən Sadıqlı şəhadətə yüksəlmələrinin üçüncü ildönümündə məzarları başında anılıblar. Təbdirdə Ulu Öndərimiz və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Rayon icra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov bildirib ki, ölkə başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Dövlət-xalq-ordu birləşərərək 30 il işğal altında olan torpaqların düşmən tapdağından azad etdi. Tarixi ədalətin bərpa olunmasında Naxçıvanın igid oğullarının da qəhrəmanlığı dillərə dastan oldu. Onlar torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göndərib yurdumuza qəhrəman kimi qayıtdılar. biri də Rüfət Gözəlov və Məmmədhəsən Sadıqlı da igidliyi ilə adın tarixə yazan həmyerlilərimizdəndirlər.

Sonda şəhidlərin ruhuna dualar oxunub, rayon ziyalıları və müəllimləri şəhidlərin igidliyindən danışıb, məktəblilər qəhrəman şəhidlərimizə həsr edilmiş şeirləri bədii qiraət ediblər.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 30.10.2023 18:00