AZ EN RU

Andiçmə mərasimi keçirilib

    Muxtar respublikanın ədliyyə orqanlarında kadr hazırlığı işi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ilin əvvəlindən icra və probasiya qurumlarında vakant icra məmuru,  eləcə də nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində vakant ekspert vəzifəsi üzrə vəzifələrin tutulması üçün müsahibə elan edilib. Müvafiq mərhələləri müvəffəqiyyətlə başa vuran namizədlər ədliyyə orqanlarına qulluğa qəbul ediliblər.
    İyunun 30-da həmin namizədlərin andiçmə mərasimi keçirilib. Mərasimdə təyinat alan əməkdaşların əmrləri elan olunub, gənc ədliyyə qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağının önündə and içib andın mətnini imzalayıblar.
    Yeni işə qəbul olunan gənclər “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ədliyyə qulluqçularının andına sadiq qalacaqlarını, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar. Təyinat alan əməkdaşlar gənclərə yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, göstərilən qayğının müqabilində səylə çalışaraq muxtar respublikamızın inkişaf və tərəqqisinə öz töhfələrini verəcəklərinə söz veriblər. 

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 30.06.2022 18:44