AZ EN RU

Anar Eyvazov: Ermənistan silahlı qüvvələrinə məxsus xeyli sayda silah-sursat qənimət olaraq götürülüb

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda keçirdikləri lokal xarakterli antiterror tədbirləri çərçivəsində qarşı tərəfə məxsus növbəti hərbi təyinatlı texnika, döyüş mövqeləri və sığınacaqların zərərsizləşdirilməsi həyata keçirilib.

Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

“Bu saata qədər olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürülüb. Qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, dörd ədəd minaatan, bir ədəd tank, iki ədəd piyadanın döyüş maşını və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib”, - deyə A.Eyvazov bildirib.

Nəşr edilib : 20.09.2023 13:49