AZ EN RU

Anar Eyvazov: Ermənistan Qarabağ bölgəsindəki dinc əhalini silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışır

Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir.

Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

“Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzunmüddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda, Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar. Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı dərhal yerə qoymağa və təslim olmağa çağırırıq. Bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaqdır. Eyni zamanda, bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq”, - deyə A.Eyvazov bildirib.

Nəşr edilib : 20.09.2023 10:33