AZ EN RU

Anar Eyvazov: Azərbaycan Ordusu hazırda silahların və döyüş sursatlarının qəbul edilməsi prosesini aparır

Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə qarşılıqlı əlaqə və sıx əməkdaşlıq şəraitində silahların, döyüş sursatlarının qəbul edilməsi prosesini həyata keçirir.

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

Qeyd olunub ki, artıq kifayət qədər döyüş sursatı və silah, eyni zamanda, texnika təcrid edilib. Hazırda Şuşada səfərdə olan hərbi attaşelər və beynəlxalq təşkilatın nümayəndələri də bu silah və texnika ilə tanış olacaqlar.

Nəşr edilib : 23.09.2023 21:03