AZ EN RU

Anar Ələkbərov Əminə Ərdoğanı COP29-a hazırlıq işləri barədə məlumatlandırıb

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.
Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb.
Ə.Ərdoğan Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edib və Türkiyə olaraq qardaş Azərbaycanı dəstəkləmək üçün əllərindən gələni edəcəklərini bildirib.
“Türkiyə olaraq hər zaman qardaş ölkə Azərbaycanın yanındayıq”, - Ə.Ərdoğan vurğulayıb.

Nəşr edilib : 07.06.2024 20:50