AZ EN RU

Anar Bağırov: Son illər ölkəmizdə qadın hüquqşünasların, vəkillərin sayı xeyli artıb

Son illər ölkəmizdə qadın hüquqşünasların, vəkillərin sayı xeyli artıb.

Bunu Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Azərbaycan Qadınlarının VI Qurultayı çərçivəsində oktyabrın 19-da “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər” mövzusunda keçirilən panel müzakirələrdə deyib.

Azərbaycanda qadınlarının hüquqlarının yüksək səviyyədə qorunduğunu, dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunduqlarını diqqətə çatdıran Vəkillər Kollegiyasının sədri gender bərabərliyinin təmin olunmasının vacib məsələlərdən olduğunu qeyd edib. O, bu məsələdə QHT-lərlə birgə əməkdaşlığın xüsusi önəmini qeyd edib.

Hüquq-mühafizə orqanlarında, prokuror, ədliyyədə işə qəbul, rəhbərliyə irəli çəkilmə prosesində gender bərabərliyinin qorunmasına diqqət çəkən Anar Bağırov hesabatlılıq və şəffaflıqdan danışıb. Ödənişsiz hüquqi təminatların həyata keçirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Nəşr edilib : 19.10.2023 14:50