AZ EN RU

Anar Bağırov: Azərbaycanda 4500 nəfərə bir vəkil düşürsə, Naxçıvanda təxminən 20 min nəfərə bir vəkil düşür

Vəkilliyə qəbul sahəsində də kifayət qədər mütərəqqi işlər həyata keçirilir. Hazırda Naxçıvanda 20 vəkil fəaliyyət göstərir ki, bu say da çox azdır. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının hesabatına əsasən Azərbaycanda 4500 nəfərə bir vəkil düşürsə, Naxçıvanda təxminən 20 min nəfərə bir vəkil düşür.

"Şərq qapısı" xəbər verir ki,  bu sözləri Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfransda söyləyib.

O bildirib ki, bu gün, torpaqlarımız üzərində tam suverenliyimiz bərpa olunandan sonra ilk dəfə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında  andiçmə mərasimi keçiriləcək və 9 namizəd vəkil andı içərək vəkil vəsiqələrini əldə edəcəklər. Ötən qısa dövrdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında fəaliyyət göstərən vəkillərin sayında 100 faiz artım olub. Naxçıvan Muxtar Respublikasında vəkillik fəaliyyətini dayandıran 4 nəfərin fəaliyyəti Naxçıvan Muxtar respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə bərpa edilib, 2 vəkil isə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən vəkillik fəaliyyəti göstərmək üçün Naxçıvana göndərilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 08.05.2024 10:53