AZ EN RU

ANAMA: Ötən ay 237 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.

ANAMA-dan bildiriblər ki, aprelin 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 106, tank əleyhinə 141 mina və 156 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ay ərzində 237 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 11.04.2022 12:05