AZ EN RU

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə  ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılır. Onun vəziyyəti qənaətbəxşdir.

Nəşr edilib : 26.12.2023 14:17