AZ EN RU

ANAMA mina təhlükəsi ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

 ANAMA-nın tviter səhifəsinə istinadla xəbər verilir ki, xəbərdarlıqda vətəndaşlardan qaydalara riayət etməklə təhlükəsiz mühitin yaradılmasına dəstək göstərmələri xahiş olunur.

“Mina gizli düşməndir. Təhlükəli ərazilərə daxil olmayın! Minalanmış ərazilər ölüm tələsidir. Yaxınlaşmayın, daxil olmayın! Partlamamış hərbi sursatlar ölümcüldür. Ailənizi və yaxınlarınızı düşünün! Xəbərdaredici işarələrə əməl edin, evinizə sağlam qayıdın!”, - deyə vətəndaşlara xəbərdarlıq edilib.

Nəşr edilib : 17.01.2022 16:54