AZ EN RU

ANAMA ilə Fransanın Azərbaycandakı səfirliyi arasında niyyət bəyannaməsi imzalanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə niyyət bəyannaməsi imzalanıb.

ANAMA-dan bildiriblər ki, bəyannaməni Agentliyin idarə heyətinin sədri Vüqar Süleymanov və Fransanın ölkəmizdəki səfiri Zakari Qros imzalayıblar.

Sənəd ANAMA-nın texniki potensialının gücləndirilməsi, yaşayış üçün təhlükəsiz mühitin yaradılması istiqamətində icra edilən fəaliyyətə dəstək verməklə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üzrə görülən işlərə töhfə olacaq.

Bəyannamənin əsas fəaliyyət istiqamətləri səfirliyin dəstəyi hesabına minatəmizləmə avadanlığının alınmasını, eləcə də alınacaq avadanlığın istifadəsi üzrə təlimlərin keçirilməsini nəzərdə tutur.

Nəşr edilib : 25.02.2022 18:07