AZ EN RU

ANAMA azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan mina və hərbi sursat barədə məlumatı açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan bildirilib ki, fevralın 5-dən 11-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 162, tank əleyhinə 33 mina və 836 partlamamış hərbi sursat aşkarlanıb.
Bildirilib ki, 908,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Nəşr edilib : 12.02.2024 17:24