AZ EN RU

Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:

1.1. birinci yeri tutmuş idmançı – 20000 manat, onun şəxsi məşqçisi – 10000 manat, həmin idman növü üzrə baş məşqçi – 10000 manat;

1.2. üçüncü yeri tutmuş komanda – 20000 manat, komandanın hər bir məşqçisi – 5000 manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 avqust 2022-ci il

Nəşr edilib : 08.08.2022 16:45