AZ EN RU

AMEA-nın Naxçıvan Bölməsində Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik bildirib ki, müstəqil Azərbaycan  Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla yanaşı, Şərqdə ilk demokratik respublikadır.

Bölmə sədri 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra Cənubi Qafqazda hökm sürən vəziyyətdən, baş verən ictimai-siyasi proseslərdən söz açıb. Zaqafqaziya Seyminin fəaliyyətindən, Tiflisdə Milli Şuranın elan olunmasından, Şura buraxıldıqdan sonra F.X.Xoyskinin sədrliyi ilə müvəqqəti hökumətin təşkil olunmasından və cümhuriyyətin sonrakı taleyindən danışıb. Cümhuriyyətin ərazisi, qəbul olunan mühüm qərarlar, parlamentin təşkili, 70 illik sovet əsarətindən sonra Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsindən bəhs edib.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Şərqdə ilk demokratik respublika: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda məruzə edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparılıb.

AMEA Naxçıvan Bölməsi mətbuat xidməti

Nəşr edilib : 27.05.2024 17:46