AZ EN RU

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti yenidən toplanıb

Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq Rəyasət Heyəti və kollektiv üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
Gündəliyə çıxarılan ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “AMEA-nın elmi-tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında” 9 yanvar 2024-cü il tarixli Qərarından irəli gələn vəzifələri əhatə edib.

İsmayıl Hacıyev qərarın əhatə etdiyi məsələlər barədə geniş məlumat verib. Bölmə sədri diqqətə çatdırıb ki, həmin qərara əsasən  bu gündən etibarən AMEA Naxçıvan Bölməsində mövcud olan “baş direktor” vəzifəsi “direktor”, “icraçı direktor” vəzifəsi isə “elmi-işlər üzrə direktor müavini” adlandırılacaqdır.
İclasda, həmçinin bölmədə çalışan bir sıra əməkdaşların vahid Tarif Cədvəli üzrə vəzifə və dərəcələrinin artırılması, AMEA Naxçıvan Bölməsinin bəzi doktorant və dissertantlarının hesabatlarının dinlənilməsi və attestasiyadan keçirilməsi məsələlərinə baxılıb, 1 nəfər gənc işlə təmin olunub.

Cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vurulub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 25.01.2024 17:19