AZ EN RU

AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının hesabat ilində 148 əsəri nəşr olunub

2023-cü ilin birinci yarısında AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 148 elmi əsəri nəşr olunub. Bunlardan 8-i monoqrafiya, 3-ü kitab, 1-i proqram, 101-i elmi məqalə, 4-ü tezis, 31-i konfrans materialıdır.

AMEA-dan bildirilib ki, bunu Naxçıvan Bölməsi aparatının Elm və təhsil şöbəsinin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2023-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə edərkən söyləyib. O qeyd edib ki, əsərlərdən bir monoqrafiya, on bir məqalə, dörd konfrans materialı, dörd tezis xaricdə nəşr edilib, elmi məqalələrin altısı impakt faktorlu jurnallarda çapdan çıxıb.

Elmi məqalələrin 15-i xaricdə olmaqla 97-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 202 istinad qeydə alınıb. Bölmə əməkdaşlarının 170 qəzet məqaləsi işıq üzü görüb. Bölmənin Rəyasət Heyəti tərəfindən 6 kitab və monoqrafiya çapa tövsiyə edilib.

Nəşr edilib : 17.07.2023 15:09