AZ EN RU

AMEA Naxçıvan Bölməsində “Elmi əsərlər” jurnalının xüsusi buraxılışı Əhməd Cavada həsr olunub

İl ərzində dörd dəfə nəşr olunan, ictimai və humanitar elm sahələrini əhatə edən “Elmi əsərlər” jurnalının vətənpərvər şair Əhməd Cavadın 130 illiyinə həsr olunmuş xüsusi nömrəsi çapdan çıxıb.

Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, jurnalda yer alan “Turançı şair Əhməd Cavad yaradıcılığının Türkiyədə tədqiqi və nəşri məsələləri”, “Əhməd Cavad yaradıcılığında milli türkçülük”, “Poetik dilimizin Göy gölü – Əhməd Cavad”, “Əhməd Cavad və ədəbi dilimiz”, “İstiqlal şairi Əhməd Cavad yaradıcılığında folklor düşüncəsi”, “Əhməd Cavadın satirik-yumoristik şeirləri, həcvləri və ya amansız böhtanlara cavabları”, “Əhməd Cavad poeziyasında milli istiqlal ideyalarının təcəssümü”, “Əhməd Cavad poeziyasında avtobioqrafik məqamlar” və başqa məzmunlu məqalələrdə şairin yaradıcılığı əhatəli tədqiqata cəlb olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel 2022-ci il tarixində “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Nəşr edilib : 13.04.2023 17:19