AZ EN RU

AMEA-da Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzi açılacaq

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzi açılacaq.

Bunu AMEA prezidenti, akademik İsa Həbibbəyli Türkmənistan Elmlər Akademiyasının prezidenti Allaberdi Aşırov ilə görüşündə deyib.

O qeyd edib ki, bu gün mərkəzin açılış mərasimi və “Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İ. Həbibbəyli bildirib ki, həmin mərkəz Azərbaycanda Türkmənistan evi, mədəniyyət və ədəbiyyat mərkəzinə çevriləcək.

Nəşr edilib : 30.05.2024 15:46