AZ EN RU

Alvaro” qasırğası nəticəsində 12 nəfər ölüb

Madaqaskarda ayın əvvəlindən təsirli olan “Alvaro” qasırğası nəticəsində 12 nəfər həyatını itirib.

Bu haqda Milli Risk və Fəlakət İdarəetmə Ofisi (BNGRC) açıqlama yayıb.

Bildirilib ki, 8 yanvar tarixinə qasırğadan zərər çəkənlərin sayı 32 min 876-ya yüksəlib, 16 mindən çox insan evlərini tərk edərək sığınacaqlara yerləşdirilib. Təsirini ən çox ölkənin cənub-şərqində göstərən qasırğa nəticəsində ümumilikdə 6616 evi su basıb.

Qeyd edək ki, Hind okeanında bir ada ölkəsi olan Madaqaskarda yanvar ayında yağışlı mövsüm başlayır və aprel ayına qədər davam edir.

Nəşr edilib : 09.01.2024 18:36