I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2023-ci il may ayının 16-da saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:
1. Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi
2. “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi
4. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin seçilməsi
5. Cari məsələ
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin birinci müavini
AZƏR ZEYNALOV
Naxçıvan şəhəri, 12 may 2023-cü il