AZ EN RU

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Abış oğlu Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda onun deputat səlahiyyətlərinə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə xitam verilir.

Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı A.A.Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsas yaranmışdır.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə, Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.2-ci və 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Abış oğlu Əliyevin deputat səlahiyyətlərinə xitam verilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                 Məzahir Pənahov

Katib                Arifə Muxtarova

Katib                Mikayıl Rəhimov

Nəşr edilib : 09.07.2024 22:43