AZ EN RU

Altı litr qan ehtiyatı toplanaraq qan bankına təhvil verilib

Ötən il Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Naxçıvan Muxtar Respublika Xəstəxanasında muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən aldığımız məlumata görə aksiyada 6 litr qan ehtiyatı toplanaraq qan bankına təhvil verilib. Əlavə olaraq komitə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin uşaqlarının da iştirakı ilə tədbir keçirib, uşaqlara hədiyyə verilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 19.01.2024 11:46