AZ EN RU

Alternativ yem bitkilərinin müzakirəsi aparılıb

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində muxtar respublika ərazisində əkini həyata keçirilən yem bitkiləri ilə müqayisədə daha çox məhsuldar alternativ yem bitkilərinin təqdimatı və müzakirəsi aparılıb.
    Sözügedən bitkilər, xüsusilə quraqlığa davamlı və su tələbatı az, şoran və şorakət torpaqlarda əkilən bitkilərə aid olub.
    Videoçarx təqdimatı əsasında yem sorqosu (Sorghum biocolor), şəkər sorqosu, mirvari darı (Afrikanskoye proso), erroziya otu (Vetiver Grass (Chrysooigon zizanioides), mompasa (Panicum Maximum) və sair bitkilərin becərilmə texnologiyası, yaşıl kütləsi də daxil olmaqla boyları, o cümlədən qida dəyərləri xüsusi diqqət çəkib.
    Xarici ölkələrdən gətirilən bitki toxumlarına əyani olaraq mütəxəssislər tərəfindən baxış keçirilib.
    Müzakirələr nəticəsində muxtar respublikada heyvandarlığın inkişafı, yem bazasının təşkili, o cümlədən torpaqların erroziyasının qarşısının alınması üçün bir sıra bitkilərin sınağının aparılması planlaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.06.2023 20:31