AZ EN RU

Almaniyadan dəvət olunmuş həkim-müxəsəssisin treninqi təşkil edilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən treninq üç gün davam edəcək. Təlimlərin mövzusu müxtəlif vəziyyətlərdə Təcili Tibbi Yardımın Təşkilidir. Təlimçi həkim Zemfira Babayeva tibb təhsilini bitirdikdən sonra 2006-cı ildən Almaniyada işləməyə başlayıb, Könüllü Həkimlər komandasına qoşularaq dünyanın müxtəlif ölkələrində təbii fəlakətlər zamanı təcili tibbi yardımın təşkili işində iştirak edib. Öz təcrübələrini muxtar respublikada təcili tibbi yardım sahəsində çalışan tibb işçiləri, rezidentlər və tibb tələbələri ilə bölüşən Zemfira Babayeva təlimin ilk günündə təbii fəlakətlər zamanı xroniki xəstəliklərin nəzarətə alınması, ilkin yardımın təşkili mövzusunda məlumat verdi.  Bu il Türkiyə Respublikasında baş verən zəlzələ zamanı Kahramanmaraşda zərərçəkənlərə yardıma gedən ilk həkimlərdən biri kimi böyük fəlakətin ardından yaşanan əsas sağlıq problemləri, bu kimi vəziyyətlərdə həkim yanaşmasının vacibliyi haqqında slayd nümayış etdirildi. 
Treninqin 2-ci günündə “Akut koronar sindrom, tənəffüs yollarının problemləri və avtoqəzalar zamanı təcili tibbi yardım” 3-cü günündə isə Epiqastral ağrılar, diferensial diaqnostika, kəskin tənəffüs problemləri ilə müşahidə olunan xəstəliklər zamanı ilkin tibbi yardım haqqında təlim keçiriləcək.

Nəşr edilib : 10.10.2023 17:02