AZ EN RU

Ali təhsil müəssisəsinin tələbələrinə açıq dərs keçirilib

Aprelin 19-da Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təşkil edilən açıq dərsdə Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.

      Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov giriş sözündə “Çap əsərlərinin Kitabxana-Biblioqrafiya Təsnifatına uyğun təsnifləşdirilməsi” mövzusunda təkil edilən dərsin əhəmiyyətindən danışıb.

Kitabxananın Komplektəşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova eyniadlı mövzuda çıxışında bildirib ki, təsnifləşdirmə  elmdə və ictimai təcrübədə geniş tətbiq edilən fəaliyyət sahəsidir. Sistemli təsnifləşdirmənin əsas mahiyyəti çap əsərlərinin məzmunlarına görə elm sahələri üzrə müvafiq şöbələr əsasında qruplaşdırılmasından ibarətdir.

Dərs zamanı kitabxanalarda çap əsərlərinin və digər sənədlərin təsnifləşdirilməsinin mərhələləri, təsnifləşdirmə prosesində riayət edilməsi vacib olan ümumi qaydalar barədə məlumat verilib.

Açıq dərs tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə sona çatıb.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının  Mədəniyyət  Nazirliyinin 2023-cü il üçün iş planına əsasən keçirilir.

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.04.2023 16:14